Menyu

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Pakistan və Avropa mediasının diqqət mərkəzində olub

Operativ Media
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Pakistan və Avropa mediasının diqqət mərkəzində olub

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər beynəlxalq media tərəfindən geniş işıqlandırılıb.

Operativ Media xəbər verir ki, Pakistanın aparıcı media orqanları və Avropanın nüfuzlu xəbər platformalarından olan “Euronews” Prezident İlham Əliyevin regional təhlükəsizlik, Pakistanın vasitəçilik rolu və Azərbaycanın Avropa Şurası ilə münasibətlərinə dair bəyanatlarını diqqət mərkəzində saxlayıb.

Pakistan Televiziyası, “Associated Press of Pakistan” (APP) və DND xəbər agentliyi Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirləri geniş işıqlandırıblar. Pakistan mediası Prezident İlham Əliyevin Pakistanın Baş naziri Şahbaz Şərifin və Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, feldmarşal Asim Munirin ABŞ-İran münaqişəsində sülhün təmin olunması və dialoqun təşviqi istiqamətində mühüm rol oynadıqlarını bildirdiyini və göstərdikləri vasitəçilik səylərini yüksək qiymətləndirdiyini qeyd edib.

Həmçinin Azərbaycan Prezidentinin Pakistanın beynəlxalq aləmdə böyük hörmət qazandığı və son hadisələr fonunda da qarşıdurmanın dayandırılması istiqamətində səylərini davam etdirəcəyinə inandığı barədə fikri vurğulanıb.

Pakistan mediası Prezident İlham Əliyevin region ölkələrini məsuliyyətli davranmağa, münasibətləri normallaşdırmağa və gərginliyin qlobal münaqişəyə çevrilməsinin qarşısını almağa çağırdığını da diqqətə çatdırıb. APP, həmçinin IV Şuşa Qlobal Media Forumunun dünyanın 53 ölkəsindən 160-dan çox media nümayəndəsini, eksperti və rəsmi şəxsi bir araya gətirdiyini diqqətə çatdırıb. Agentlik forum çərçivəsində medianın sülhün təşviqində rolu, dezinformasiya ilə mübarizə, süni intellektin media sektoruna təsiri, postmünaqişə dövründə informasiya siyasəti və beynəlxalq media əməkdaşlığı kimi mövzuların müzakirə olunduğunu bildirib.

Avropanın aparıcı xəbər platformalarından olan “Euronews” Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışında Azərbaycanın Avropa Şurası ilə münasibətlərinə dair səsləndirdiyi fikirləri ön plana çıxarıb. Nəşr dövlət başçısının Azərbaycanın Avropa Şurasından tam çıxmaq imkanını nəzərdən keçirdiyini yazıb. Bildirilib ki, bu məsələ Azərbaycan nümayəndə heyətinin 2024-cü ildə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) səsvermə hüququnun dayandırılmasından sonra gündəmə gəlib.

Məqalədə Prezident İlham Əliyevin Azərbaycanın təşkilatda üzvlüyünün sadəcə dayandırılması və ya dondurulmasını deyil, Avropa Şurasını tam tərk etməyi nəzərdən keçirdiyini bildirdiyi qeyd olunub.

“Euronews” Prezident İlham Əliyevin AŞPA-da Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun dayandırılması ilə bağlı qərarı ədalətsiz adlandırdığını da qeyd edib. Media platformasının yazdığına görə, dövlət başçısı Azərbaycanın heç bir yanlış addım atmadığını, əksinə, ədalətsiz qərarın təşkilat tərəfindən qəbul edildiyini bildirib və bu qərarın yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb. “Euronews” Prezident İlham Əliyevin Yaxın Şərqdəki vəziyyətlə bağlı fikirlərinə də yer ayırıb. Media platforması dövlət başçısının regionda son gərginliyin uzun sürməyəcəyinə ümid etdiyini, Azərbaycanın öz təcrübəsinə əsaslanaraq davamlı sülhün yalnız ədalətli, beynəlxalq hüquqa əsaslanan prinsiplər üzərində qurula biləcəyini bildirdiyini yazıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər