Yuliya Sviridenko istefa ərizəsini Ukrayna Ali Radasına təqdim edib
Operativ Media
Ukrayna Ali Radası Baş nazir Yuliya Sviridenkodan istefa ərizəsi alıb.
Operativ Media bu barədə parlamentin spikeri Ruslan Stefançuk bildirib.
"Parlament bu məsələyə yaxın gələcəkdə müəyyən edilmiş prosedura uyğun olaraq baxacaq", - o, sosial şəbəkə hesabında yazıb.
R.Stefançuk Y.Sviridenkoya ölkə üçün son dərəcə çətin dövrdə hökumətdəki rəhbərlik işinə, iqtisadiyyatın gücləndirilməsinə, xalqın dəstəklənməsinə və Ukraynanın Avropaya inteqrasiya yolunun irəliləməsinə verdiyi töhfəyə görə təşəkkür edib.
O, həmçinin Y.Sviridenkoya gələcək fəaliyyətində uğurlar arzulayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net