Menyu

Donald Tramp Konqresə İrana qarşı hərbi əməliyyatların bərpası ilə bağlı bildiriş göndərib

Operativ Media
Donald Tramp Konqresə İrana qarşı hərbi əməliyyatların bərpası ilə bağlı bildiriş göndərib
1 dəq oxu

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların yenidən başlaması barədə Konqresə rəsmi bildiriş təqdim edib.

​Operativ Media xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti məlumat yayıb.

​Nəşrin yaydığı məlumata görə, qanunvericilərə iyulun 10-da göndərilən rəsmi məktubda ABŞ hərbçilərinin iyulun 7-də İran ərazisindəki hədəflərə "müdafiə xarakterli zərbələr" endirdiyi qeyd olunub.

​Xatırladaq ki, ABŞ və İsrail cari il fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb və hava hücumları nəticəsində İranın ali lideri Əli Xamenei də həlak olub. İyun ayında isə Vaşinqton və Tehran arasında bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalanıb. Sənədin icrası ilə bağlı İsveçrənin Bürgenştok şəhərində Doha və İslamabadın vasitəçiliyi ilə ABŞ-İran danışıqları aparılıb. Qətər və Pakistanın birgə bəyanatında danışıqların ilk raundunun müsbət mühitdə keçdiyi və gələcək texniki məsləhətləşmələr üçün zəmin yaradıldığı bildirilmişdi.

​Lakin iyulun 8-nə keçən gecə ABŞ Tehranı Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmaların şərtlərini pozmaqda ittiham edərək İrana qarşı genişmiqyaslı zərbələri yenidən bərpa edib.

Əlaqəli Xəbərlər