Macarıstan parlamenti prezidentin vəzifədən uzaqlaşdırılmasına dair konstitusiya dəyişikliyini qəbul edib
Operativ Media
Macarıstan parlamenti ölkə Prezidenti Tamaş Şuyokun vəzifədən uzaqlaşdırılmasını nəzərdə tutan Konstitusiyaya 17-ci düzəlişi qəbul edib.
Operativ Media xəbər verir ki, bu barədə Macarıstan parlamenti məlumat yayıb.
Məlumata görə, qanun layihəsinin lehinə 139 deputat səs verib, 6 deputat isə əleyhinə çıxıb.
Müxalifətdə olan FİDES – Macarıstan Vətəndaş İttifaqı və Xristian Demokratlar fraksiyaları etiraz əlaməti olaraq iclasda iştirak etməyiblər.
Onlar düzəlişin antikonstitusion xarakter daşıdığını və yeni hakimiyyət tərəfindən siyasi məqsədlərlə hazırlandığını bildiriblər.
Hakim “Tisa” Partiyasının bütün deputatları sənədi dəstəkləyiblər. Parlamentdə üçdəikidən çox mandata sahib olan partiyaya Baş nazir Peter Magyar rəhbərlik edir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma