Menyu

Vuçiç: Avropa Ukrayna və Yaxın Şərqdəki münaqişələr səbəbindən çətinliklərlə üzləşir

Operativ Media
Vuçiç: Avropa Ukrayna və Yaxın Şərqdəki münaqişələr səbəbindən çətinliklərlə üzləşir

Serbiya Prezidenti Aleksandor Vuçiç qaz ehtiyatlarının kəskin azalması, eləcə də Ukraynadakı hərbi əməliyyatlar və Hörmüz boğazı ətrafındakı böhran səbəbindən bütün Avropanın ciddi iqtisadi çətinliklərlə qarşılaşacağını bəyan edib.

Operativ Media xəbər verir ki, bu barədə Serbiyanın dövlət başçısı Parisdə yerli jurnalistlərə açıqlamasında bildirib.

​Onun sözlərinə görə, qitədə mavi yanacaq ehtiyatları tarixin ən aşağı səviyyəsinə enib. Eyni zamanda ABŞ və İranın iştirakı ilə Hörmüz boğazı ətrafında yaranan gərginlik, eləcə də getdikcə enerji resursları və müxtəlif bazarların təminatı uğrunda mübarizəyə çevrilən Rusiya-Ukrayna münaqişəsi mövcud vəziyyəti daha da mürəkkəbləşdirir. A.Vuçiç qeyd edib ki, hazırda tərəflər saysız-hesabsız problemlərlə üz-üzədir və yaranmış böhrandan çıxış yolu qeyri-müəyyən olaraq qalır.

​Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə Parisdə səfərdə olan Serbiya lideri Yelisey sarayında Aİ, NATO və koalisiya ölkələrinin rəhbərlərinin iştirakı ilə keçirilən şam yeməyinə qatılıb. O, həmçinin iyulun 14-də Fransanın Milli Bayramı münasibətilə təşkil olunacaq hərbi paradda iştirak edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər