Menyu

SEPAH ABŞ-nin Bəhreyndəki hərbi obyektlərinə zərbələr endirdiyini iddia edir

Operativ Media
SEPAH ABŞ-nin Bəhreyndəki hərbi obyektlərinə zərbələr endirdiyini iddia edir
1 dəq oxu

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə ABŞ hərbçilərinin yerləşdiyi bazaya, silah anbarlarına və peyk rabitə mərkəzinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini iddia edib.

​Operativ Media xəbər verir ki, bu barədə məlumatı "Nour News" agentliyi SEPAH-ın yaydığı rəsmi bəyanata istinadən dərc edib.

​Sənəddə qeyd olunur ki, hücum nəticəsində Bəhreyndəki "Əl-Cüfeyr" bazasında yerləşən silah-sursat anbarları, peyk rabitəsi mərkəzi və Amerika hərbçilərinin yerləşdiyi bina hədəfə alınaraq tamamilə məhv edilib.

Əlaqəli Xəbərlər