Menyu

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb, deputatlar tətilə çıxıblar

Operativ Media
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb, deputatlar tətilə çıxıblar

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib.

Operativ Media xəbər verir ki, I vitse-spiker xatırladıb ki, sessiya iyunun 5-də başlayıb.

O, sessiyanın uğurla başa çatdığını bildirərək, növbədənkənar sessiyasını bağlı elan edib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

Qeyd edək ki, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır.

Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılır. Növbədənkənar sessiya bitdikdən sonra deputatlar tətilə buraxılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər