Hindistan Hörmüz boğazında gəmilərə edilən hücumlardan sonra İrana nota verib
Operativ Media
Hindistan Hörmüz boğazında bir hindistanlı dənizçinin ölümü və digər 10 nəfərin yaralanması ilə nəticələnən iki ticarət gəmisinə edilən hücumlarla bağlı İrana etirazını bildirib.
Operativ Media xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Hindistan Hörmüz boğazından keçən iki gəmiyə edilən hücumlardan dərindən narahatdır. Gəmilərin göyərtəsində 30-u hindistanlı dənizçi olmaqla, ümumilikdə 46 ekipaj üzvü olub. "MT Al Bahiyah" gəmisindəki 12 Hindistan vətəndaşından biri həlak olub, digəri isə yaralanıb", - məlumatda qeyd olunub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma