Menyu

Böyük Britaniya hərbi bazalarının modernləşdirilməsinə 26 milyard funt ayırır

Operativ Media
Böyük Britaniya hərbi bazalarının modernləşdirilməsinə 26 milyard funt ayırır
1 dəq oxu

Böyük Britaniya hökuməti ölkənin müdafiə qabiliyyətini gücləndirmək məqsədilə üç əsas hərbi-dəniz bazasının yenidən qurulmasına 26 milyard funt-sterlinq (təxminən 34,8 milyard dollar) həcmində vəsait yönəldəcək.

​Operativ Media xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin rəsmi bəyanatında bildirilib. Məlumatda bu layihənin Soyuq müharibənin başa çatmasından bəri dəniz infrastrukturuna qoyulan rekord həcmli investisiya olduğu vurğulanıb.

​Təsdiqlənmiş planlara əsasən, növbəti 10 il ərzində "Klayd", "Devonport" və "Portsmut" hərbi-dəniz bazalarında yeni yanalma körpüləri inşa ediləcək və mövcud infrastruktur əsaslı şəkildə təkmilləşdiriləcək.

​Paralel olaraq, Böyük Britaniya Müdafiə Nazirliyi Kral Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə müqavilələrə 240 milyon funt-sterlinqdən çox vəsait ayırıb. Bu çərçivədə "Boeing Defence UK" şirkəti ilə mövcud müqavilənin müddəti 115,2 milyon funt-sterlinq dəyərində olmaqla daha iki il uzadılıb.

​Sözügedən maliyyə Şotlandiyadakı "Lossimaut" hərbi hava bazasında dislokasiya olunan doqquz ədəd "P-8 Poseidon" dəniz patrul təyyarəsinin texniki xidmətinə sərf ediləcək.

Əlaqəli Xəbərlər