Menyu

BMT rəsmisi Hörmüz boğazının bağlanmasının fəsadları barədə xəbərdarlıq edib

Operativ Media
BMT rəsmisi Hörmüz boğazının bağlanmasının fəsadları barədə xəbərdarlıq edib

Hörmüz boğazının qapadılması ilə bağlı yaranacaq ərzaq, dərman və digər zəruri məhsulların tədarükündəki gecikmələr Yaxın Şərq hüdudlarından kənarda da ağır humanitar böhrana yol aça bilər.

Operativ Media xəbər verir ki, bu xəbərdarlıqla BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk çıxış edib. Qurumun mətbuat xidmətinin yaydığı bəyanatda qeyd olunur ki, Hörmüz boğazının bağlanması barədə məlumatlar regiondan kənarda yaşayan milyonlarla insanın hüquqlarına təsir edəcəyi üçün ciddi narahatlıq doğurur.

​Ali Komissar bu marşrutun qlobal əhəmiyyətli nəqliyyat dəhlizi olduğunu xatırladaraq, tədarük zəncirindəki hər hansı axsamaların həm regional, həm də beynəlxalq səviyyədə ağır sosial-iqtisadi fəsadlar yaradacağını vurğulayıb.

​Bununla yanaşı, Volker Türk münaqişə tərəflərini mülki infrastruktura və ticarət gəmilərinə hücumları dərhal dayandırmağa, beynəlxalq humanitar hüquq normalarına riayət etməyə çağırıb. O, qeydə alınan bütün pozuntuların müstəqil şəkildə araşdırılmasının vacibliyini qeyd edib.

​BMT rəsmisinin fikrincə, hazırda diplomatik addımlara, təmkin nümayişinə və gərginliyin azaldılmasına üstünlük verilməlidir. O, həmçinin İran və ABŞ-ni təcili olaraq atəşkəs rejiminə qayıtmağa çağırıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər