Menyu

Slovakiya Prezidenti Ağdamda "Ağıllı kənd" layihəsinin icrasından yazıb

Operativ Media
Slovakiya Prezidenti Ağdamda "Ağıllı kənd" layihəsinin icrasından yazıb

Slovakiya Prezidenti ölkəsinin mütəxəssislərinin və şirkətlərinin Ağdamın Baş Qərvənd kəndində həyata keçirilən "Ağıllı kənd" layihəsində yaxından iştirak etməsindən qürur duyduğunu bildirib.

Operativ Media xəbər verir ki, bu barədə Slovakiya dövlət başçısı özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. O, Ağdama səfəri çərçivəsində bərpa-quruculuq işlərinin rəmzlərindən biri olan Baş Qərvənd "Ağıllı kənd" layihəsi ilə tanış olmaq imkanı qazandığını diqqətə çatdırıb.

​Paylaşımda qeyd olunub ki, müasir infrastruktur və innovativ həllərə əsaslanan bu layihə mülki əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı şəkildə doğma yurdlarına qayıtması üçün lazımi şərait yaradır. Slovakiya şirkətləri bu iddialı layihənin reallığa çevrilməsində və yerlərdə konkret nəticələrin əldə olunmasında mühüm rol oynayırlar.

​Dövlət başçısı, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə general Milan Rastislav Ştefanikin adını daşıyacaq yeni məktəbin təməlini qoyduqlarını vurğulayıb. Onun sözlərinə görə, bu təhsil müəssisəsi Slovakiya ilə Azərbaycan arasındakı dostluğun daimi rəmzi və gələcək nəsillərə qoyulan investisiyadır.

​Slovakiya Prezidenti bu əməkdaşlığın ölkəsinin intellektual potensialının və təcrübəsinin əyani göstəricisi olduğunu, eləcə də iki dövlət arasındakı strateji tərəfdaşlığın praktiki nümunəsini təşkil etdiyini ifadə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər