Tramp: ABŞ qoşunlarının İraqda olmasına artıq ehtiyac yoxdur
Amerika Birləşmiş Ştatları rəhbərliyi hazırkı mərhələdə öz hərbi qüvvələrinin İraq ərazisində yerləşdirilməsinə artıq lüzum görmür.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp İraqın Baş naziri Əli əz-Zeydi ilə keçirdiyi görüşdə bəyan edib. Ağ Ev rəhbəri İraqda hərbi mövcudluğun olduqca böyük bir əməliyyat olduğunu, hazırda isə neft şirkətlərinin bu ölkəyə daxil olaraq yeni müqavilələr imzaladığını diqqətə çatdırıb. O, rəsmi Bağdada kömək etməyə və onları qorumağa hər an hazır olduqlarını, lakin buna ehtiyac yaranacağını düşünmədiyini vurğulayıb.
D. Trampın iddiasına görə, İraqın ən böyük rəqibi hesab olunan İran rəsmi Vaşinqtonun addımları nəticəsində zəiflədiyi üçün Bağdad üçün təhlükə olmaqdan çıxıb. ABŞ lideri İranın ciddi şəkildə qeyri-sabitləşdiyini və onun hazırkı hərbi gücünün dörd ay əvvəlki potensialının cüzi bir hissəsini təşkil etdiyini irəli sürüb.