Menyu

İran Hörmüz boğazı üzərində suverenliyini bərqərar etməyə çalışır

Operativ Media
İran Hörmüz boğazı üzərində suverenliyini bərqərar etməyə çalışır
1 dəq oxu

İran rəhbərliyi mövcud hüquqi normalar çərçivəsində Hörmüz boğazı üzərində öz ölkəsinin suverenliyini təmin etmək niyyətindədir.

​Operativ Media xəbər verir ki, bu iddianı İranın Vitse-prezidenti Məhəmməd Rza Arif irəli sürüb. "Al-Mayadeen" telekanalının yaydığı məlumata görə, rəsmi Tehran hüquqi faktlar və normalar işığında bu su hövzəsi üzərində nəzarəti rəsmiləşdirməyə ümid edir.

​Vitse-prezident öz bəyanatında bildirib ki, rəsmi Tehranın Hörmüz boğazına nəzarət etməsi tamamilə təbii bir addımdır, eyni dərəcədə digər dövlətlərin də bu dəniz yolundan istifadə hüququ mövcuddur.

​Bununla yanaşı, Məhəmməd Rza Arifin sözlərinə görə, hazırda boğaz zonasında baş verən hadisələr Amerika Birləşmiş Ştatlarının regionda öz hökmranlığını qurmaq planlarını reallaşdırması üçün sadəcə bir bəhanə rolunu oynayır.

Əlaqəli Xəbərlər