Menyu

CENTCOM: ABŞ İrana qarşı növbəti hücumlarını tamamlayıb

Operativ Media
CENTCOM: ABŞ İrana qarşı növbəti hücumlarını tamamlayıb
1 dəq oxu

Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisindəki onlarla hərbi obyekti hədəf alan yeni hava zərbələri dalğasının başa çatdığını bəyan edib.

​Operativ Media xəbər verir ki, bu barədə komandanlığın rəsmi "X" sosial şəbəkə hesabında məlumat yayılıb. Bildirilib ki, yerli vaxtla 14 iyul saat 22:00-da (Bakı vaxtı ilə 15 iyul saat 06:00) yekunlaşan əməliyyat zamanı Hörmüz boğazı yaxınlığında və İranın sahilyanı bölgələrində yerləşən çoxsaylı hədəflər məhv edilib.

​Məlumata görə, təxminən yeddi saat davam edən hərbi əməliyyata ABŞ ordusunun qırıcı təyyarələri, pilotsuz uçuş aparatları və hərbi gəmiləri cəlb olunub.

​Hücum zamanı yüksək dəqiqlikli silahlardan istifadə edilməklə İranın raket və dron poliqonları, hərbi dəniz qüvvələrinin infrastrukturu, həmçinin sahil müdafiə sistemləri vurulub.

Əlaqəli Xəbərlər