Menyu

İran ordusu ABŞ-nin Küveytdəki hərbi mərkəzini vurduğunu iddia edir

Operativ Media
İran ordusu ABŞ-nin Küveytdəki hərbi mərkəzini vurduğunu iddia edir
1 dəq oxu

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Silahlı Qüvvələrinin Küveytin Mina-Abdullah bölgəsində yerləşən maddi-texniki təminat və dəstək mərkəzinə raket zərbəsi endirərək onu tamamilə sıradan çıxardığını bəyan edib.

​Operativ Media xəbər verir ki, bu barədə məlumatı İranın "Fars" informasiya agentliyi yayıb. SEPAH-ın bəyanatına istinadən qeyd olunub ki, rəsmi Vaşinqton Tehrana qarşı "düşmənçilik hərəkətləri"ni dayandırana qədər Hörmüz boğazı gəmilərin hərəkəti üçün qapalı qalacaq.

​Bundan əvvəl isə İran tərəfinin Bəhreyn, İordaniya və Küveytdə yerləşən bəzi hədəflərə zərbələr endirdiyi barədə məlumatlar yayılmışdı.

Əlaqəli Xəbərlər