Menyu

İran ABŞ-nin memorandum şərtlərini 42 dəfə pozduğunu bəyan edib

Operativ Media
İran ABŞ-nin memorandum şərtlərini 42 dəfə pozduğunu bəyan edib

İran İslam Respublikası ABŞ hökuməti tərəfindən İslamabad anlaşma memorandumunun azı 42 ciddi və aşkar şəkildə pozulması halını qeydə alıb.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin BMT-dəkı daimi nümayəndəsi Əmir Səid İravaninin BMT Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda bildirilib. Diplomat rəsmi Vaşinqtonun sənədin imzalanmasından dərhal sonra və indiyədək öz öhdəliklərini sistemli şəkildə pozduğunu qeyd edib.

​Məktubda ABŞ-nin qurban deyil, təcavüzkar tərəf olduğu vurğulanıb. Sənəddə dinc sakinlərə və mülki infrastruktura qarşı qəsdən törədilən hücumların hərbi cinayət və bəşəriyyətə qarşı cinayət təşkil etdiyi bildirilib.

​Məlumat üçün qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında isə Vaşinqton və Tehran arasında bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalanıb. Daha sonra İsveçrənin Bürgenştok şəhərində Doha və İslamabadın vasitəçiliyi ilə sənədin icrasına dair tərəflər arasında danışıqlar aparılıb.

​Lakin iyulun 8-nə keçən gecə ABŞ Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmaların pozulduğunu iddia edərək İrana qarşı genişmiqyaslı zərbələri yenidən bərpa edib. İran Xarici İşlər Nazirliyinin rəsmisi Esmail Baqai isə iyulun 13-də bəyan edib ki, Tehran imzalanmış memorandumu heç vaxt pozmayıb və sənədin icra olunmamasının bütün məsuliyyəti Vaşinqtonun üzərinə düşür.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər