Menyu

Latviyanın mədəniyyət naziri dövlət mediasında rus dilinə son qoyulmasını istəyib

Operativ Media
Latviyanın mədəniyyət naziri dövlət mediasında rus dilinə son qoyulmasını istəyib

Latviyanın mədəniyyət naziri Nauris Puntulis ölkənin dövlət kütləvi informasiya vasitələrində rus dilli materialların tamamilə yığışdırılmasının vacibliyini bəyan edib.

Operativ Media xəbər verir ki, bu barədə Latviyanın LSM dövlət teleradio portalı məlumat yayıb. Portala açıqlama verən nazir müstəqil Avropa dövlətində rus dilində məzmunun yayımlanması üçün heç bir əsasın olmadığını vurğulayıb. O, xüsusilə hazırkı hərbi-siyasi şəraitdə bu cür kontentin tamamilə yox olmasının zəruriliyini qeyd edib.

​Bundan əvvəl N.Puntulis rəhbərlik etdiyi qurumun tabeliyində olan müəssisələrin ictimai məkanda rus dilindən istifadəsinin dayandırılması barədə göstəriş verib.

​Sərəncama əsasən, həmin dövlət təşkilatları beynəlxalq tədbirlər, reklam işləri və rəsmi internet səhifələrində dövlət dilinin tələblərinə riayət etməli, rus dilinin tətbiqinə yol verməməlidirlər. Müvafiq qərarın icrası üçün qurumlara iyulun 30-na qədər vaxt tanınıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər