Menyu

İranın müvəqqəti işlər vəkili Britaniya XİN-nə çağırılıb

Operativ Media
İranın müvəqqəti işlər vəkili Britaniya XİN-nə çağırılıb
1 dəq oxu

İranın müvəqqəti işlər vəkili Böyük Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Operativ Media xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, buna səbəb İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) bağlı olan "Qüds" qüvvələrinin mart və may ayları arasında Avropada bir sıra hücumların təşkilində (əlaqələndirilməsində) rolunun olması olub.

Böyük Britaniya hökuməti bu hücumların onun və müttəfiqlərinin təhlükəsizliyinə birbaşa təhdid yaratdığını bildirərək İrana rəsmi şəkildə etiraz edib.

Əlaqəli Xəbərlər