Fransa-İspaniya oyunundan sonra Parisdə 141 azarkeş saxlanılıb
Fransa polisi ötən gün Parisdə milli komandanın Dünya Kubokunun yarımfinalında məğlubiyyətindən sonra 141 azarkeşi saxlayıb.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, həbslərin əksəriyyəti azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi, o cümlədən polis əməkdaşlarına qarşı çıxması ilə bağlı olub. Şəhərin müxtəlif yerlərində və ətraf ərazilərdə baş verən kiçik hadisələrə baxmayaraq, xəsarət alan və ya ciddi ziyan dəyməyib.
Oxşar ictimai iğtişaşlar Lionda da qeydə alınıb. Hadisə yerindən yayımlanan televiziya görüntülərinə görə, polis aqressiv gəncləri dağıtmaq üçün göz yaşartıcı qazdan istifadə edib. Polislə toqquşmalardan sonra şəhərdə təxminən iyirmi nəfər saxlanılıb.
Qeyd edək ki, Fransa millisi Dünya Kubokunun yarımfinalında İspaniyaya 2-0 hesabı ilə məğlub olub.