Orta Asiyada ən bahalı benzin Özbəkistanda satılır
Özbəkistanda Aİ-95 benzininin qiyməti Orta Asiya ölkələri arasında ən yüksək olub.
Operativ Media xəbər verir ki, bu barədə "GlobalPetrolPrices" portalı məlumat yayıb.
Özbəkistanda 1 litr benzinin orta qiyməti 1340 dollar olub. Bu rəqəm qlobal orta göstəricidən (litr başına 1,47 dollar) aşağı olsa da, MDB və regionun digər ölkələrindən xeyli yüksəkdir.
Müqayisə üçün, Türkmənistanda bir litr benzinin qiyməti cəmi 0,43 dollardır ki, bu da dünyada ən aşağı qiymətlərdən biridir.
Azərbaycanda qiyməti litri 0,676 dollar, Qazaxıstanda 0,687 dollar, Rusiyada 0,924 dollar, Belarusda 0,936 dollar, Qırğızıstanda 1,016 dollar və Əfqanıstanda 1,168 dollardır.
Dünyada ən ucuz yanacaq Livanda (0,023 dollar), İranda (0,029 dollar) və Venesuelada (0,035 dollar) qeydə alınıb.
Benzin qiymətlərinin ən yüksək olduğu ölkələr arasında Honkonq (4062 dollar), Malavi, Danimarka, İsrail, Hollandiya, Finlandiya, Almaniya, Lixtenşteyn, Sinqapur və İsveçrə (2265 dollar) yer alıb.