Menyu

Britaniya yeniyetmələr üçün sosial mediada "komendant saatı" tətbiq edəcək

Şəfa Hüseynli
Britaniya yeniyetmələr üçün sosial mediada "komendant saatı" tətbiq edəcək

Birləşmiş Krallıq sosial media platformalarından 16 və 17 yaşlı yeniyetmələrin sosial mediadan gecə istifadəsini qadağan etməsini tələb edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Elm, İnnovasiya və Texnologiya Departamentinin açıqlamasında bildirilib.

Məlumata görə, Britaniya hakimiyyəti tətbiqlərdə yeniyetmələr üçün saat 00:00-dan 06:00-dək avtomatik "komendant saatı" təyin edəcək.

Bundan əlavə, sosial şəbəkə istifadəçiləri onlayn daha çox vaxt keçirməyə təşviq edən xüsusiyyətləri: videoları bir-birinin ardınca avtomatik izləmək və fərdiləşdirilmiş məzmunu davamlı olaraq göstərmək kimi xüsusiyyətləri standart olaraq deaktiv olacaq. 

Komissar Liz Kendall bildirib ki, "Bu tədbirlər gənclərin sağlam yuxuya getməsində, məktəbdə və kollecdə təhsillərinə diqqət yetirməsində, ailəsi və dostları ilə daha keyfiyyətli vaxt keçirməsində əsas rol oynayacaq".



Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər