Menyu

ABŞ hərbçiləri İran limanlarına doğru gedən iki gəmini geri qaytarıb

Operativ Media
ABŞ hərbçiləri İran limanlarına doğru gedən iki gəmini geri qaytarıb
1 dəq oxu

Birləşmiş Ştatlar Silahlı Qüvvələri İranın dəniz limanlarının blokadası bərpa edildikdən sonra iki kommersiya gəmisinin hərəkət istiqamətini məcburi şəkildə dəyişdirib.

​Operativ Media xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

​Komandanlığın "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşılan hesabatda qeyd olunur ki, İran limanlarının dəniz blokadasının yenidən tətbiq olunmasından ötən 17 saat ərzində qadağanı pozmağa cəhd göstərən iki yük gəmisi ABŞ hərbçiləri tərəfindən saxlanılaraq başqa istiqamətə yönləndirilib.

Əlaqəli Xəbərlər