Menyu

ABŞ iki Rusiya vətəndaşına və bir şirkətə sanksiya tətbiq etdi

Operativ Media
ABŞ iki Rusiya vətəndaşına və bir şirkətə sanksiya tətbiq etdi
1 dəq oxu

Birləşmiş Ştatlar terrorizmlə mübarizə məqsədi ilə Rusiyanın iki vətəndaşına və bir şirkətinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

​Operativ Media xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) rəsmi internet saytında yerləşdirilib.

​Sənədə əsasən, sanksiya siyahısına Rusiya federasiyasının vətəndaşları Vadim Drujbin və Mariya Selina, həmçinin İtaliya və İran vətəndaşı olan daha iki şəxs daxil edilib.

​Bununla yanaşı, ABŞ-nin məhdudiyyətləri Rusiyada fəaliyyət göstərən "Avratek" şirkətinə, eləcə də İran və Nigeriyada yerləşən daha iki müəssisəyə şamil olunub.

Əlaqəli Xəbərlər