İran XİN: Hazırda ABŞ ilə danışıqlar gündəmdə deyil
Tehran administrasiyasının hazırda Vaşinqtonla hər hansı bir müzakirə masasına oturmaq niyyəti yoxdur və ölkə rəhbərliyi bütün diqqətini müdafiə məsələlərinə yönəldib.
Operativ Media xəbər verir ki, bu barədə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bəyanat verib. "Tasnim" agentliyinin yaydığı məlumata görə, XİN rəsmisi hazırkı mərhədə danışıqların gündəmdə olmadığını və müdafiə potensialının gücləndirilməsinin prioritet təşkil etdiyini vurğulayıb.
Bununla yanaşı, İ.Bəqai iki ölkə arasında imzalanmış anlaşma memorandumuna da toxunub. O, sənədin qarşılıqlı öhdəliklər toplusu olduğunu xatırladıb. Qurum rəsmisi qeyd edib ki, qarşı tərəf memorandumun şərtlərini pozacağı təqdirdə, Tehran da analoji addımı ataraq öz öhdəliklərinin icrasından imtina edəcək və gələcəkdə də bu prinsipə sadiq qalacaq.