Menyu

Ukraynanın müdafiə naziri vəzifəsinə yeni namizəd müəyyənləşib

Operativ Media
Ukraynanın müdafiə naziri vəzifəsinə yeni namizəd müəyyənləşib
1 dəq oxu

Ukrayna Prezidenti Volodimir Zelenski Mixail Fedorovun əvəzinə ölkənin daxili işlər naziri İqor Klimenkonun müdafiə naziri vəzifəsinə təyin edilməsi barədə namizədliyi Ali Radaya təqdim edəcək.

​Operativ Media xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak özünün "Telegram" kanalında məlumat paylaşıb. Deputatın paylaşımına görə, Zelenski Klimenkonun bu vəzifəyə gətiriləcəyini fraksiya iclasında bəyan edib.

​Məlumata görə, hazırkı nazir Mixail Fedorov isə yeni formalaşacaq hökumətdə heç bir vəzifə almayacaq. Daxili İşlər Nazirliyinin rəhbəri postunu isə Ukrayna Milli Polisinin hazırkı rəisi İvan Vıqovski tutacaq.

Əlaqəli Xəbərlər