Menyu

Qalibaf: İran sazişdən fayda görməsə, ona sadiq qalmayacaq

Operativ Media
Qalibaf: İran sazişdən fayda görməsə, ona sadiq qalmayacaq
1 dəq oxu

İran parlamenti (Məclis) ABŞ ilə imzalanmış anlaşma memorandumunun müddəalarına yalnız qarşı tərəf öhdəliklərinə əməl etdiyi təqdirdə hörmətlə yanaşılacağını bəyan edib.

​Operativ Media xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Məhəmməd Baqer Qalibafın İran xalqına ünvanlandığı müraciətdə bildirilib. Spikerin rəsmi "Telegram" kanalında paylaşılan mətndə qeyd olunub ki, rəsmi Tehran sazişdən hər hansı bir fayda görmədiyi təqdirdə bu razılaşmaya bağlı qalmaq niyyətində deyil.

​M.B.Qalibaf müraciətində, həmçinin İran Silahlı Qüvvələrinin düşmən tərəfindən törədilə biləcək istənilən təcavüzkar addımın qarşısını almaq üçün tam hərəkət sərbəstliyinə malik olduğunu xüsusi vurğulayıb.

Əlaqəli Xəbərlər