Menyu

Türkiyədə sərnişin avtobusu aşıb, 46 nəfər xəsarət alıb

Şəfa Hüseynli
Türkiyədə sərnişin avtobusu aşıb, 46 nəfər xəsarət alıb
1 dəq oxu

Türkiyənin Amasya əyalətinin Merzifon rayonunda sərnişin avtobusunun aşması nəticəsində 46 nəfər xəsarət alıb.

Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, sürücü idarəetməni itirərək Sarıköy ərazisində aşıb.

Yaralılar təcili yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara aparılıb.


Əlaqəli Xəbərlər