Fransa Parlamenti evtanaziya hüququ haqqında qanun qəbul edib
Fransa Milli Assambleyası evtanaziya hüququnu tətbiq edən qanunu təsdiqləyib.
Operativ Media xəbər verir ki, bu barədə "Le Monde" qəzeti məlumat yayıb.
Bu qanun layihəsi üzrə səsvermə illərlə davam edən müzakirələrdən sonra baş tutub.
Qanun layihəsi müəyyən şərtlər altında ağır, sağalmaz xəstəlikləri olan yetkin xəstələr üçün "ölümə kömək" hüququnu qanuniləşdirir.
Bildirilib ki, onların qərar qəbul etmək üçün 15 günü olacaq. Daha sonra xəstəyə qərarı nəzərdən keçirmək üçün əlavə iki gün veriləcək və bundan sonra onlar ölümcül inyeksiyanı özləri vurmalı olacaqlar.
Qeyd olunur ki, Fransanın Baş naziri Sebastyan Lekornu qanunun ayrı-ayrı maddələrini baxılması üçün Konstitusiya Şurasına təqdim edəcək. Yalnız şuranın təsdiqindən sonra qanun nəhayət qüvvəyə minəcək.
Qanun qüvvəyə mindikdən sonra Fransa Belçika, Hollandiya, İsveçrə və Kanada da daxil olmaqla, bu cür təcrübəyə icazə verilən ölkələrin sırasına qoşulacaq.