Rusiya XİN: Azərbaycan Rusiyanın Cənubi Qafqazda və Xəzər regionunda mühüm tərəfdaşıdır
"Azərbaycan Rusiyanın Cənubi Qafqazda və Xəzər regionunda mühüm tərəfdaşıdır".
Operaiv Media xəbər verir ki, bu barədə Rusiya XİN-nin yaydığı bəyanatda qeyd olunub.
"Ölkələrimiz arasında münasibətlər ənənəvi dostluq və mehriban qonşuluq ruhunda ardıcıl şəkildə inkişaf edir. Fəaliyyətimiz qarşılıqlı hörmət və bir-birimizin maraqlarını nəzərə almaq prinsiplərinə söykənir", - bəyanatda qeyd olunub.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Rusiyaya rəsmi səfərə yola düşüb. O, səfər çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparacaq.
Rusiya XİN-nin məlumatına görə, görüşdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinin müzakirə edilməsi, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektlərinə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.