Menyu

Lula da Silva: Braziliya ABŞ-nin yeni tariflərinə cavab verəcək

Operativ Media
Lula da Silva: Braziliya ABŞ-nin yeni tariflərinə cavab verəcək

Braziliya Prezidenti Luis İnasio Lula da Silva ABŞ-ın ölkəsindən idxal olunan mallara 25 faizlik yeni rüsumlar tətbiq etmək qərarına cavab olaraq milli iqtisadi qarşılıqlılıq qanununun dərhal işə salınacağını bəyan edib.

Operativ Media xəbər verir ki, dövlət başçısı bu barədə özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. Ölkə rəhbəri rəsmi Braziliyanın qanunvericilik çərçivəsində mümkün cavab addımlarını təhlil etməyə dərhal başlayacağını və eyni zamanda Ümumdünya Ticarət Təşkilatının (ÜTT) mübahisələrin həlli mexanizmi çərçivəsində müzakirələri bərpa edəcəyini vurğulayıb.

​Lula da Silvanın sözlərinə görə, Braziliya hökuməti Vaşinqtonun "qeyri-qanuni və birtərəfli" rüsumlarından zərər çəkən sahələrə dəstək vermək üçün xüsusi iqtisadi müdafiə planı hazırlayıb. Bununla yanaşı, ölkə öz məhsulları üçün yeni alternativ xarici ixrac bazarları tapmağı hədəfləyir.

​Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Dövlət katibi Marko Rubio Vaşinqton administrasiyasının Braziliyadan gətirilən əksər mallara 25 faiz həcmində əlavə rüsum tətbiq etmək barədə qərar qəbul etdiyini açıqlamışdı.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər