Menyu

İran Yaxın Şərq ölkələrini ABŞ-nin bazalarından İrana qarşı istifadəyə imkan verməməyə çağırıb

Operativ Media
İran Yaxın Şərq ölkələrini ABŞ-nin bazalarından İrana qarşı istifadəyə imkan verməməyə çağırıb

İranın Xarici İşlər Nazirliyi ərazisində ABŞ-nin hərbi bazaları yerləşən bütün Yaxın Şərq ölkələrini Vaşinqtonun öz ərazilərindən istifadə etməklə İslam Respublikasına zərbələr endirməsinə qadağa qoymağa çağırıb.

Operativ Media xəbər verir ki, nazirliyin yaydığı rəsmi bəyanatda Fars körfəzinin cənub sahilində yerləşən qonşu dövlətlərə müraciət ünvanlanıb. Sənəddə bu ölkələrdən bölgədə müharibənin miqyasının genişlənməsinin qarşısını almaq üçün təcavüzkarların öz quru, dəniz və hava infrastrukturundan, həmçinin ərazilərindən İrana qarşı hücum məqsədilə istifadə etməsinə dərhal mane olmaq tələb edilib.

​XİN-in məlumatında Tehranın öz qonşuları və regiondakı digər dövlətlərlə hər hansı düşmənçilik niyyətinin olmadığı vurğulanıb.

​Bəyanatda həmçinin bildirilib ki, Yaxın Şərqdə sabitliyin bərqərar olmasının yeganə yolu xarici hərbi qüvvələrin iştirakı və ABŞ-nin müdaxiləsi olmadan, yalnız bölgə ölkələrinin qarşılıqlı anlaşması və əməkdaşlığıdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər