Menyu

Dubay hakimiyyəti şəhərdə partlayış baş verməsi barədə xəbərləri təkzib etdi - YENİLƏNİB

Operativ Media
Dubay hakimiyyəti şəhərdə partlayış baş verməsi barədə xəbərləri təkzib etdi - YENİLƏNİB
1 dəq oxu

Dubay əmirliyinin rəsmi qurumları "Reuters" agentliyinin şəhərin Dauntavn (Downtown) rayonunda partlayış səslərinin eşidilməsi ilə bağlı yaydığı məlumatı təkzib edib.

​Operativ Media xəbər verir ki, bu barədə əmirliyin hökumətinin mətbuat xidməti bəyanat yayıb. Bəyanatda "Reuters" agentliyinin yaydığı məlumatın həqiqəti əks etdirmədiyi qəti şəkildə vurğulanıb.

​Əmirliyin rəhbərliyi həmçinin ictimaiyyəti və kütləvi informasiya vasitələrini şayiələr yaymaqdan çəkinməyə, dəqiq məlumatlar əldə etmək üçün yalnız rəsmi mənbələrə istinad etməyə çağırıb.

​Qeyd edək ki, bundan əvvəl "Reuters" agentliyi hadisə şahidlərinin sözlərinə əsaslanaraq, Dubayın mərkəzi Dauntavn rayonunda partlayış səslərinin eşidildiyini xəbər vermişdi.

***

21:00

Dubay şəhərinin Dauntavn rayonunda partlayış səslərinin eşidildiyi bildirilir.

​Operativ Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi hadisə şahidlərinə istinadən məlumat yayıb.

​Hadisənin başvermə səbəbləri barədə hələlik hər hansı məlumat verilməyib. Həmçinin əmirliyin rəsmi qurumları tərəfindən məsələ ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.

Əlaqəli Xəbərlər