Menyu

Ağ Ev Trampın çıxışının mövzusunu açıqlayıb

Operativ Media
Ağ Ev Trampın çıxışının mövzusunu açıqlayıb
1 dəq oxu

ABŞ Prezidenti Donald Trampın xalqa gözlənilən müraciəti seçkilərə ehtimal edilən xarici müdaxilə mövzusuna həsr olunacaq.

​Operativ Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karoline Livitt jurnalistlər üçün keçirilən növbəti brifinqdə məlumat verib. Livitt qeyd edib ki, Şərq sahili vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə iyulun 17-si saat 05:00-da) Prezident Tramp seçki sisteminin toxunulmazlığının qorunmasına dair geniş müraciətlə çıxış edəcək və o, bütün amerikalıları bu çıxışı izləməyə çağırıb.

​Bundan əvvəl ABŞ lideri "Truth Social" sosial şəbəkəsində xalqa televiziya vasitəsilə müraciət edəcəyini elan etsə də, çıxışının mövzusunu dəqiqləşdirməmişdi.

​"CBS" telekanalının öz mənbələrinə istinadən yaydığı məlumata görə, Trampın çıxışında Çinin ABŞ-dəki seçkilərə müdaxilə etməsi barədə iddialarla çıxış edəcəyi gözlənilir. "MS Now" telekanalının verdiyi məlumata görə isə, Amerika liderinin çıxışı xüsusilə 2020-ci ildə ABŞ-da baş tutmuş prezident seçkilərinə xarici müdaxilə məsələsinə toxunacaq.

Əlaqəli Xəbərlər