Menyu

Ağ Ev: İran ABŞ ilə hərbi əməliyyatların dayandırılması sazişini müzakirə edir

Operativ Media
Ağ Ev: İran ABŞ ilə hərbi əməliyyatların dayandırılması sazişini müzakirə edir
1 dəq oxu

ABŞ administrasiyası rəsmi Tehranın Vaşinqtona hərbi əməliyyatların dayandırılmasına dair saziş imzalamaq istəyini çatdırdığını və tərəflər arasında təmasların davam etdiyini bəyan edib.

​Operativ Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karoline Livitt jurnalistlər üçün keçirilən növbəti brifinqdə məlumat verib. Onun sözlərinə görə, İran tərəfi ABŞ Silahlı Qüvvələrinin sarsıdıcı zərbələri fonunda danışıqları davam etdirir və yeni saziş imzalamaq niyyətində olduğunu bildirir.

​Mətbuat katibi bu barədə cəmi bir saat əvvəl ABŞ Prezidenti Donald Trampla danışdığını vurğulayıb.

Əlaqəli Xəbərlər