Menyu

Tramp İsrailin ABŞ-də ictimai rəyə təsir göstərməyə çalışdığı ilə razılaşır

Operativ Media
Tramp İsrailin ABŞ-də ictimai rəyə təsir göstərməyə çalışdığı ilə razılaşır
1 dəq oxu

ABŞ Prezidenti Donald Tramp İsrail də daxil olmaqla bir neçə xarici dövlətin Birləşmiş Ştatlarda ictimai rəyə təsir göstərməyə çalışması barədə qiymətləndirmələri dəstəkləyir.

​Operativ Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karoline Livitt jurnalistlər üçün keçirilən növbəti brifinqdə bildirib. Livitt ABŞ-nin Vitse-prezidenti Ceyms Devid (Cey Di) Vensin fikirlərini şərh edərkən xarici ölkələrin ABŞ-də rəyi manipulyasiya etmək cəhdlərini inkaredilməz bir fakt adlandırıb.

​Mətbuat katibi qeyd edib ki, dövlət başçısı xarici ölkələrin ABŞ daxilindəki ictimai rəyə təsir etmək cəhdləri ilə mütləq razılaşar və bu, artıq hər kəsə məlum olan əsas reallıqdır.

​Xatırladaq ki, bundan əvvəl Vitse-prezident Cey Di Vens amerikalı komik və teleaparıcı Co Roqanın podkastında çıxışı zamanı İsrail hökumətində bəzi şəxslərin olduğunu iddia etmişdi. Vens həmin şəxslərin ABŞ-də ictimai rəyi manipulyasiya edərək müharibənin sonsuza qədər davam etməsinə çalışdıqlarını və onların ABŞ-nin İranla mümkün sazişindən narazı qaldıqlarını bildirmişdi.

Əlaqəli Xəbərlər