Menyu

Tramp çıxışını yayımlamayan telekanalların lisenziyalarının ləğvini istəyib

Əziz Əzizli
Tramp çıxışını yayımlamayan telekanalların lisenziyalarının ləğvini istəyib

ABŞ Prezidenti Donald Tramp iyulun 16-da ölkədəki seçki proseslərinə xarici müdaxilədən bəhs edən müraciətini yayımlamaqdan imtina edən yerli telekanalların lisenziyalarının ləğv edilməsinin vacibliyini bəyan edib.

Operativ Media xəbər verir ki, Ağ Ev rəhbəri onun çıxışını canlı yayımlamayan media qurumlarını kəskin tənqid edərək onları sövdələşmədə ittiham edib.

​Donald Trampın sözlərinə görə, yayımçılar müraciətin mövzusundan xəbərdar olublar, lakin sistemdəki korrupsiyanın ifşa olunmasını istəmədikləri üçün bu addımı atıblar. ABŞ lideri belə bir davranışın dələduzluq olduğunu və müvafiq kanalların lisenziyalarının ləğvi ilə nəticələnməli olduğunu bildirib.

​Prezident həmçinin ABŞ-dəkı seçki sistemini tənqid edərək, hətta üçüncü dünya ölkələrində belə bu səviyyədə seçkilərin keçirilmədiyini iddia edib. O, seçki prosesinə genişmiqyaslı təsir göstərməyə cəhd edən tərəflər arasında ilk növbədə Çinin adını çəkib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər