Menyu

İsrail parlamenti seçkilər ərəfəsində rəsmi olaraq buraxıldı

Əziz Əzizli
İsrail parlamenti seçkilər ərəfəsində rəsmi olaraq buraxıldı

İsrail parlamenti (Knesset) siyasi partiyaların maliyyələşdirilməsi haqqında qanunu təsdiqləyib və bu qanun çərçivəsində oktyabrın 27-də keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində qanunverici orqanın rəsmi şəkildə buraxılması qərara alınıb.

Operativ Media xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.

​Məlumata görə, qanun layihəsinin lehinə 120 deputatdan 62-si səs verib, əleyhinə çıxan və bitərəf qalan isə olmayıb. İyulun 17-dən etibarən tətilə çıxan Knesset növbəti dəfə yalnız seçkilərdən sonra formalaşacaq yeni tərkibin andiçmə mərasimi üçün toplanacaq.

​Səsvermənin dəqiq tarixi iyulun 12-də Knessetin işləri üzrə komissiyanın iclasında elan olunub. Hazırkı 25-ci çağırış parlament dördillik səlahiyyət müddətini tam başa vurub ki, bu da ölkə tarixində sonuncu dəfə 1988-ci ildə (11-ci çağırış, 1984–1988-ci illər) qeydə alınıb. Sonrakı bütün çağırışlar vaxtından əvvəl buraxılıb. Qeyd edək ki, 2026-cı ilin yazında palatanın növbədənkənar buraxılması məsələsi hakim koalisiya tərəfindən gündəmə gətirilsə də, may ayında irəli sürülən bu təşəbbüs reallaşmayıb.

​Hələ 2023-cü ilin aprelində ölkənin Mərkəzi Seçki Komissiyası parlamentin vaxtından əvvəl buraxılmayacağı təqdirdə növbəti seçkilərin 2026-cı il oktyabrın 27-nə təyin edilməsi barədə qərar qəbul etmişdi.

​Xatırladaq ki, İsraildə bundan əvvəlki seçkilər 2022-ci ilin noyabrında baş tutub. Səsvermənin nəticələrinə əsasən, sağçı "Likud" partiyasının rəhbəri Benyamin Netanyahunun liderliyi ilə ifrat sağçı və ultraortodoks qüvvələrdən ibarət hakim koalisiya qurulub. B.Netanyahu seçkilərdən sonra yeni hökumət formalaşdırılıb and içənə qədər baş nazir vəzifəsini icra etməyə davam edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər