Menyu

Bəhreyndə yenidən hava həyəcanı elan edildi

Əziz Əzizli
Bəhreyndə yenidən hava həyəcanı elan edildi
1 dəq oxu

Bəhreyn ərazisində növbəti dəfə təhlükə barədə xəbərdarlıq siqnalları verilib və krallığın rəsmi qurumları əhalini dərhal təhlükəsiz sığınacaqlara yollanmağa çağırıb.

​Operativ Media xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi rəsmi bəyanat yayıb.

​Nazirliyin açıqlamasında həyəcan siqnalının aktivləşdirildiyi təsdiqlənib, həmçinin krallıq təbəələri və rezidentlərdən təmkin nümayiş etdirərək ən yaxın sığınacaqlara sığınmaları xahiş olunub.

​Qeyd edək ki, bir qədər əvvəl rəsmi Tehranın ABŞ-nin Bəhreyndəki hərbi hava bazasına pilotsuz uçuş aparatları ilə cavab zərbələri endirdiyini açıqlamasından sonra ölkədə ilk həyəcan siqnalları səsləndirilmişdi.

Əlaqəli Xəbərlər