Menyu

İran PUA-ları ABŞ-nin Küveytdəki hərbi obyektlərinə zərbələr endirib

Əziz Əzizli
İran PUA-ları ABŞ-nin Küveytdəki hərbi obyektlərinə zərbələr endirib

İran Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) Küveytdə dislokasiya olunmuş ABŞ ordusunun şəxsi heyətinə və maddi-texniki təminat mərkəzlərinə hücum təşkil edib.

Operativ Media xəbər verir ki, bu barədə məlumatı İranın "Fars" informasiya agentliyi ölkə ordusunun bəyanatına istinadən yayıb.

​Rəsmi məlumata əsasən, "Yıldırım" ("İldırım") əməliyyatının on ikinci mərhələsi çərçivəsində İran ordusuna məxsus "Arash" kamikadze pilotsuz təyyarələri ilə Küveytdə yerləşən ABŞ hərbi qüvvələri və təchizat bazaları hədəf alınıb. Hərbi rəhbərlik bu hücumun rəqib tərəfin əvvəlki fəaliyyətlərinə cavab olaraq həyata keçirildiyini açıqlayıb.

​Xatırladaq ki, ötən gün ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeni hava zərbələri endirdiyini bəyan etmişdi. Bunun ardınca İran mətbuatı Bəndər-Abbas şəhəri və Keşm adası yaxınlığında partlayışların baş verdiyini bildirmişdi. Eyni zamanda Əhvaz, Buşəhr, Bəndər-Xomeyni, Bəndər-Lenge, Veysian, Çabahardakı hədəflər və İranşəhr hava limanı da ABŞ-nin hücumuna məruz qalmışdı.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər