Menyu

Yeni nəsil noutbuk seçərkən hansı xüsusiyyətlərə üstünlük verilməlidir?

Ayşən Sadıxzadə
Yeni nəsil noutbuk seçərkən hansı xüsusiyyətlərə üstünlük verilməlidir?

Ümumiyyətlə bu gün noutbuk seçərkən ən böyük səhv yalnız prosessorun adına və ya qiymətinə baxmaqdır. Əslində ən yaxşı noutbuk anlayışı yoxdur. Ən yaxşı seçim istifadəçinin ehtiyacına uyğun olan noutbukdur. 

Bu sözləri Operativ Media-ya texnoloq Elvin Həsənov deyib.

O bildirib ki, tələbənin, proqramçının, dizaynerin və ya ofis əməkdaşının tələbləri tamamilə fərqlidir:

“İlk növbədə prosessora (cpu) diqqət edilməldiri. Son nəsil Intel Core Ultra və ya AMD Ryzen AI seriyası kimi müasir prosessorlar həm yüksək performans, həm də enerji səmərəliliyi təqdim edir. Xüsusəndə süni intellekt funksiyalarının geniş yayıldığı bir dövrdə AI dəstəyi olan yeni nəsil prosessorlar gələcək baxımından daha məqsədəuyğun seçim hesab olunur. Digər vacib məqam operativ yaddaş dediyimiz ram-dır. Mən bu gün minimum 16 GB RAM tövsiyə edərdim. 

Çünki həm Windows, həm də gündəlik istifadə etdiyimiz proqramlar əvvəlki illərlə müqayisədə daha çox resurs tələb edir. 

Əgər istifadəçi dizayn, proqramlaşdırma və ya video montajla məşğuldursa, 32 GB RAM daha rahat iş imkanı yaradır. Bundan əlavə yaddaş növü də çox vacibdir. Bu gün artıq HDD texnologiyası köhnəlmək üzrədir. Yeni noutbuk seçərkən mütləq SSD (nvme, m2) yaddaşı olan modellərə üstünlük verilməlidir. Bu, cihazın saniyələr ərzində açılmasına və proqramların daha sürətli işləməsinə imkan verir. Son olaraq ekran keyfiyyəti də diqqətdən yayınmamalıdır. Full HD və ya daha yüksək keyfiyyətli IPS və ya OLED ekranlar həm göz yorğunluğunu azaldır, həm də daha keyfiyyətli görüntü təqdim edir. Batareya ömrü, çəkisi, klaviaturanın rahatlığı və bir çox fərqli yuvaların (usb-c, thunderbolt, wi-fi 6 və ya wi-fi 7) olması da uzunmüddətli istifadə baxımından önəmlidir”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər