Hikmət Hacıyev Litva səfiri ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
Litva səfiri Kəstutis Vaşkeleviçius Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Litva Respublikasının Azərbaycandakı səfirliyi məlumat yayıb.
“Görüş Litva-Azərbaycan ikitərəfli münasibətləri, eləcə də regional və Avropa təhlükəsizliyi sahəsindəki proseslər barədə ətraflı fikir mübadiləsi aparmaq üçün gözəl imkan yaradıb.
Cənab Hacıyevlə keçirilən görüş zamanı, həmçinin Litvanın Avropa İttifaqı Şurasına gözlənilən sədirliyi və bu sədirliyin Aİ ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yarada biləcəyi imkanlar müzakirə olunub.
Litva Səfirliyi davamlı dialoqa yüksək qiymət verir, Litva ilə Azərbaycan arasındakı münasibətlərin daha da gücləndiriləcəyinə ümid edir”, - məlumatda qeyd olunub.