Menyu

Azərbaycan və Özbəkistan arasında investisiya əməkdaşlığı müzakirə edilib

Operativ Media
Azərbaycan və Özbəkistan arasında  investisiya əməkdaşlığı müzakirə edilib
1 dəq oxu

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistana işgüzar səfəri çərçivəsində bu ölkənin investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovla birlikdə Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında iştirak edib.

Operativ Media xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında paylaşım edib.

"Dövlət başçılarımız tərəfindən müəyyənləşdirilmiş hədəflərə uyğun olaraq ticarət-investisiya tərəfdaşlığın dərinləşdirilməsi, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni istehsal və dəyər zəncirlərinin formalaşdırılması, Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika əlaqələrinin inkişafı, həmçinin investisiya əməkdaşlığının genişləndirilməsi ilə bağlı fikirlərimizi bölüşdük.

İclasın yekununda iqtisadi-ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, səhiyyə, ətraf mühitin mühafizəsi və digər prioritet istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsini nəzərdə tutan protokol, həmçinin “AzerGold” QSC, “Uzbekgeologorazvedka” SC və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin birgə iştirakı ilə geoloji kəşfiyyat işlərinin aparılması məqsədilə üçtərəfli birgə müəssisənin yaradılması ilə bağlı Şərtlər Toplusu imzalandı", - paylaşımda qeyd edilib.

Əlaqəli Xəbərlər