Menyu

Ceyhun Bayramov: Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Şəfa Hüseynli
Ceyhun Bayramov: Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır
1 dəq oxu

Azərbaycanla Rusiya arasında bir sıra birbaşa uçuşların bərpası planlaşdırılır.

Operativ Media xəbər verir ki, bunu Moskvaya səfəri zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya XİN rəhbəri Sergey Lavrovla birgə mətbuat konfransı zamanı deyib.

"2024-cü ilin dekabrında mülki təyyarəmizlə bağlı baş vermiş məlum faciədən sonra tətbiq olunan məhdudiyyətlərin qüvvədə olduğu bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin bərpası gözlənilir", - deyə C.Bayramov bildirib.

Əlaqəli Xəbərlər