Menyu

ABŞ Çinə qarşı tarif siyasətini sərtləşdirməyəcək

Operativ Media
ABŞ Çinə qarşı tarif siyasətini sərtləşdirməyəcək
1 dəq oxu

Birləşmiş Ştatlar Pekinin Amerika seçkilərinə müdaxilə etməsi barədə iddialara baxmayaraq, Çinə qarşı tətbiq olunan tarif siyasətini dəyişmək niyyətində deyil.

​Operativ Media xəbər verir ki, bu barədə ABŞ prezidentinin ticarət və istehsalat üzrə müşaviri Piter Navarro Ağ Evdə jurnalistlərin, o cümlədən TASS müxbirinin də yer aldığı kiçik qrupuna müsahibəsində bildirib.

​Piter Navarro sözügedən iddialar fonunda rüsumlara yenidən baxılıb-baxılmayacağı ilə bağlı suala mənfi cavab verərək, bu məsələlərin tamamilə fərqli sahələr olduğunu vurğulayıb. Müşavir qeyd edib ki, mövcud vəziyyət Çinlə bağlı deyil, birbaşa ABŞ-nin siyasi müstəvidə öz seçki sisteminin təhlükəsizliyini təmin etməkdən imtina etməsi ilə əlaqədardır.

Əlaqəli Xəbərlər