Zəlzələdə ölənlərin sayı 5 mini keçdi
Operativ Media
Venesuelada iyun ayında baş vermiş iki güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 5 mini ötüb.
Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriges məlumat verib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 190 bina tamamilə dağılıb, daha 856 tikili isə ciddi ziyan görüb.
Rəsmilər bildiriblər ki, minlərlə ailə evsiz qalıb. Hazırda 21 mindən çox insan müvəqqəti yerləşdirmə düşərgələrində yaşayır.
Hakimiyyət orqanları dağıntıların aradan qaldırılması və zərərçəkənlərə yardım göstərilməsi istiqamətində işlərin davam etdiyini açıqlayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net