Menyu

Almaniyalı siyasətçi: İran ətrafındakı vəziyyət yanacaq endiriminin bərpasına imkan vermir

Nicat Hüseynli
Almaniyalı siyasətçi: İran ətrafındakı vəziyyət yanacaq endiriminin bərpasına imkan vermir
1 dəq oxu

ABŞ və İran arasındakı gərginliyin yeni dalğası fonunda Almaniya Bundestaqının CDU/CSU fraksiyasının sədr müavini İohan Vadeful diqqətçəkən bəyanatla çıxış edib. 

Siyasətçi artan yanacaq qiymətləri fonunda vətəndaşların maliyyə yükünü yüngülləşdirmək məqsədilə bir müddət əvvəl tətbiq edilmiş iki aylıq yanacaq endiriminin yenidən qüvvəyə minməsinə qarşı çıxıb.

Operativ Media xəbər verir ki, almaniyalı siyasətçi mövcud iqtisadi reallıqları bu cür qiymətləndirib:

Mən bunun doğru yol olduğunu düşünmürəm. Bu cür müvəqqəti tədbirlər uzunmüddətli fəsadları yumşaltmayacaq və müəyyən bir mərhələdə dövlətin maliyyə imkanlarını aşacaq. Vətəndaşlara qarşı dürüst olmalıyıq: qonşuluğumuzda baş verən iki irimiqyaslı münaqişə — Ukrayna böhranı və Fars körfəzi bölgəsindəki qarşıdurmalar — təəssüf ki, qaçılmaz olaraq enerji daşıyıcılarının və digər məhsulların qiymətinin artmasına səbəb olacaq.

Əlaqəli Xəbərlər