Menyu

Macarıstanın baş naziri səsvermə yaşının 16-ya endirilməsini təklif edib

Şəfa Hüseynli
Macarıstanın baş naziri səsvermə yaşının 16-ya endirilməsini təklif edib
1 dəq oxu

Macarıstanın Baş naziri Peter Madyar 16 yaş və yuxarı vətəndaşların səs vermək hüququna malik olmasını müdafiə edib. 

Operativ Media xəbər verir ki, bu barədə o "Facebook" hesabında yazıb.

"Əminəm ki, 18 yaşdan kiçik gənclərin böyük əksəriyyəti artıq kifayət qədər məlumatlıdır və kollektiv qərar qəbuletmədə iştirak etməyə hazırdır. Öz tərəfimdən konstitusiya prosesinin bir hissəsi olaraq səsvermə yaşının 16-ya endirilməsini dəstəkləyərdim", - deyə Peter Madyar yazıb.

Əlaqəli Xəbərlər