Menyu

Kubanda Mi-2 helikopteri qəzaya uğrayıb

Şəfa Hüseynli
Kubanda Mi-2 helikopteri qəzaya uğrayıb
1 dəq oxu

Rusiyanın Krasnodar diyarının Kalininskaya kəndindən 2 kilometr aralıda Mi-2 kənd təsərrüfatı helikopteri qəzaya uğrayıb, pilot həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional mətbuat xidməti məlumat yayıb.

"Kalininskaya kəndindən iki kilometr aralıda (qərb kənarında) Mi-2 kənd təsərrüfatı helikopteri tarlaları becərərkən qəzaya uğrayıb. Qəza nəticəsində pilot həlak olub", - deyə açıqlamada bildirilir.

Əlaqəli Xəbərlər