Menyu

Mavritaniya sahilləri yaxınlığında batan qayıqda 122 nəfər itkin düşüb

Operativ Media
Mavritaniya sahilləri yaxınlığında batan qayıqda 122 nəfər itkin düşüb
1 dəq oxu

Mavritaniyanın sahil mühafizə qüvvələri dənizdə batmaqda olan qayıqdan 37 qeyri-qanuni miqrantı xilas edib. Bir nəfərin isə cəsədi sudan çıxarılıb.

Operativ Media xəbər verir ki, qayıq Qambiyanın paytaxtı Bancul şəhərindən İspaniyanın Kanar adalarına tərəf üzürmüş.

Qeyd olunur ki, qayıqda 160 miqrant olub. Onlardan 122 nəfərin axtarışları hələ davam etdirilir. Xilas olanlardan 22-si Seneqal, 7-si Qambiya, 8-i Qvineya-Konakari vətəndaşlarıdır. Qayığın 25 gün açıq dənizdə qaldığı bildirilir.

Əlaqəli Xəbərlər