Menyu

İran ABŞ-nin Küveytdəki hərbi bazalarına pilotsuz təyyarələrlə zərbələr endirib

Operativ Media
İran ABŞ-nin Küveytdəki hərbi bazalarına pilotsuz təyyarələrlə zərbələr endirib
1 dəq oxu

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Küveytdə yerləşən iki hərbi bazada ABŞ Silahlı Qüvvələrinə məxsus obyektlərə hücum təşkil etdiyi bildirilir.

​Operativ Media xəbər verir ki, bu barədə məlumat İranın dövlət teleradioşirkətinin yaydığı hərbi bəyanatda yer alıb.

​Məlumata görə, İran İslam Respublikası Ordusu pilotsuz uçuş aparatlarından istifadə etməklə "Əl-Udayri" düşərgəsindəki hərbi sursat anbarına zərbələr endirib. Bundan əlavə, "Əli əs-Saləm" bazasındakı hərbi texnika saxlanılan anqarların və şəxsi heyətin də hədəfə alındığı qeyd olunub. Bəyanatda ABŞ ordusu "terrorçu ordu" kimi xarakterizə edilib.

Əlaqəli Xəbərlər